IQNA

Moskva "İslam və Ortodoks Məsihilik dialoqu"nun 10-cu turuna evsahibliyi edəcək

23:50 - September 23, 2016
Xəbər sayı: 3480825
Tehran, 23.09.2016 - "İslam və Ortodoks Məsihilik dialoqu"nun 10-cu turu cari ayın 26-da Rusiyanın Ortodoksal kilsəsinin evsahibliyi ilə Moskvada keçiriləcək.













İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "moscow.icro" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "İslam və Ortodoks Məsihilik dialoqu"nun 10-cu turu 2016-cı ilin Sentyabr ayının 26-da, gələn həftənin 3-cü (çərşənbə) günü Rusiyanın Ortodoksal kilsəsinin evsahibliyi ilə Moskvada keçiriləcək.

Bu dialoqda İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahim Türkəmanın başçılıq etiyi iranlı heyət və Rusiya paytaxının "Dini Siyasət Şurası"nın rəisi iştirak edəcəklər.

İki gün müddətində "İslam və Ortodoksal Məsihiliyin ədaləti və əbədi sülhün bərqərar olmasında rolu" adı ilə keçiriləcək bu toplantıda iştirak edənlər toplantıya 20 elmi məqalə təqdim ediblər.

İranlı heyət bu səfər çərçivəsində Rusiyanın Ortodoksal məsihilik kilsəsinin böyük əsqəfi və baş yekiskopu Patriyak Kril ilə görüşəcək, Rusiya kilsələrinin məsulları ilə görüş və müzakirə məclisi keçirəcək və dinlər haqqında söhbətlər edəcəklər.

"İslam və Ortodoks Məsihilik dialoqu" artıq 20 ildir ki, hər iki idlə bir dəfə İslam və məsihiliyin bir-birini qarşılıqlı dərki və dinlər arasında bəşəri problemlərin müştərək həlli üçün həmkarlıq və əlaqələrin genişləndirilməsi hədəfi və iki tərəfin yüksək rütbəli məqamlarının iştirakı ilə keçirilir.

http://iqna.ir/fa/news/3532132


Teqlər: iqna ، rusiya ، məsihi ، İslam
captcha