Beynəlxalq Quran
Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Ali-Xəlifənin təhlükəsizlik qüvvələri
cümə günü də İmam Sadiq (ə) məscidinin imam camaatının və bəzi namazqılanların
bu məscidə gəlib çatmalarına mane olublar və namazqılanlar öz namazlarını fərdi
şəkildə qılmağa məcbur olublar.
Bəhreynin təhlükəsizlik orqanı həmçinin İmam Sadiq (ə) məscidinin cümə namazında iştirak üçün Əldiraz məntəqəsinə yola düşmüş vətəndaşların bir neçəsini həbs edib.
Ayətullah İsa Qasimin mənzilinin yerləşdiyi Əldiraz məntəqəsi üç aya yaxındır ki, Ali-Xəlifə qüvvələri tərəfindən mühasirə olunub və orada şiələrin cümə namazının qılınmasına maneçilik törədilir.
Maide.az