IQNA

Misirdə Aşura mərasimləri qadağan edildi

9:20 - October 09, 2016
Xəbər sayı: 3480880
Terhan, 09.10.2016 – Misirdəki Əhlibeyt cəmiyyətinin rəsmisi İmad Qəndil bu il Aşura mərasimlərinin ölkədə qadağan edildiyini açıqlayıb.

Misirdə Aşura mərasimləri qadağan edildi


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İmad Qəndil vurğulayıb ki, ölkədəki təkfirçi sələfilər hökumətə təzyiq edərək mərasimlərin keçirilməsinin qarşısının alınmasına nail olublar.

Misir xalqının böyük bir hissəsinin həzrəti Hüseynə (ə) bağlı olduğunu vurğulayan İmad Həmid, hökuməti qərarına görə tənqid edib. "Hökumətin Misir xalqına qarşı reallaşdırdığı bütün addımlar bölgədə problemləri daha da artıracaq. Şiə müsəlmanlarına qarşı edilən təzyiq və təqiblər isə təkfirçi sələfiliyin ölkədə güclənməsinə səbəb olacaq", deyə İmad Həmid vurğulayıb.

Mənbə: eastnews

captcha