Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadən məlumat verilir ki, İran, İraq, Yəmən, Suriyaya səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqlar.
Eləcə də Səud rejimi vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən ümumiyyətlə kənara çıxmalarına qadağa qoyula bilər.
Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır.