IQNA

Səudiyyəli hakim peyğəmbərlik iddiası etdi!

16:53 - October 26, 2016
Xəbər sayı: 3480928
Tehran, 26.10.2016 – Səudiyyə Ərəbistanı vatandandaşı olan Abdullah əl-Muhaysəni Allahın özü ilə birbaşa əlaqədə olduğunu və ona yeni bir ayə göndərdiyi iddiasını irəli sürüb.

Səudiyyəli hakim peyğəmbərlik iddiası etdi Mənbə: http://eastnews.org/news/6695

Abdullah əl-Muhaysəni şəxsi "Twitter" hesabından verdiyi açıqlamada "Bir gecə yuxumda dostların hüzurunda Quran oxuyarkən birdən mənə yeni bir ayə endirildi və bu yeni gələn ayə də Qurani-Kərimin son səhifəsində yer aldı", - deyə qeyd edib.

 Allahdan ona vəhy gəldiyini iddia edən hakim "Mən və dostlarım yeni endirilən ayəni görüncə göz yaşlarımıza boğulduq. Yuxumda o ayəni vurğuladım. Tam o anda tanımadığım biri mənə tərəf gələrək, Allah Suriya xalqını peyğəmbəri təhqir etdiyi üçün cəzalandırıb dedi", - iddiasını irəli sürüb. 

Sosial mediada mübahisəyə yol açan Abdulla əl-Muhaysəninin bu iddiası həm də məsxərə obyektinə çevrilib. Mövzu ilə əlaqədar olaraq bəzi "Twitter" istifadəçiləri tərəfindən bölüşülən qeydlərdə Səudiyyənin Suriyadakı cinayətlərini ört-basdır etmək məqsədilə bu cür iddiaları gündəmə gətirdiyi bildirilib.
 
Mənbə: IQNA / eastnews
captcha