İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)
verdiyi xəbərə görə, Qədir Akaras - "Türkiyə Əhl-Beyt (ə) Alimləri Birliyi"nin
"Əminlər Heyəti"nin rəisi, İQNA ilə müsahibəsində bu birliyinin
2011-ci ildə Türkiyənin İstambul şəhərində təsis olunduğuna işarə edərək dedi: Bu
birlikdə üzvlərin əksəriyyətini şiə alimləri təşkil edir və Türkiyənin 250 şiə
aliminin 200 nəfəri bu birlikdə üzvdürlər.
O əlavə etdi: Məscid və Hüseyniyyələrin fəaliyyətinin
tənzimlənməsi, Balkanlarda, Qafqazda, Türkiyə və Qərbi Avropada şiə təbliğatçılar
ilə münəzzəm və davamlı əlaqələr, şiə cəmiyyətinin dövlətlərlə əlaqələrinin
yaradılması, şiələrin siyasi və hüquqi problemlərinin həll edilməsi və şiə və əhl-sünnə
aydınları arasında vəhdətmərkəzli sıx əlaqələrin yaradılması bu təşkilatın əsas
fəaliyyətləridir.
Akaras dedi: Biz dünya şiələrinə öz xəbərlərimizi
və yenilikləri www.ehlibeytalimleri.com
xəbər və informasiya portal vasitəsilə çatdırırıq. Bundan əlavə Kanal-14 peyk
TV şəbəkəsi və digər şəbəkələr ilə sıx əməkdaşlığımız
var və bu şəbəkələr
vasitəsilə İslam maarifini və müsəlmanların durumun dünyaya çatdırırıq.
Qədir Arakas əlavə etdi: Birliyimizə xeyriyyəçi
insanların cəlb edilməsi nəticəsində məscidlər tikilib, şiə müəssisələri təsis edilib,
dini təbliğatçılara maddi yardımlar verilib, xeyriyyə sandığı təşkil olunub və
həmçinin www.mihrap.tv adresində intetnet
tv kanalımız yaradılmışdır.
O dedi: Bu mərkəz il ərzində müxtəlif maarifçi məsələlərlə,
o cümlədən Ərbəin mərasiminin təşkili, Vəhdət həftəsinin keçirilməsi, qonşu ölkələrdə
konfransların təşkili, elmi və siyasi kitab və məqalələrin tərcüməsi və çapı,
Quran dərsləri və Quran-Kərimin təlimi yönündə müxtəlif fəaliyyətlərin təşkili
ilə məşğul olur.