IQNA

Bakı-Məşhəd aviareysi üzrə uçuşlar dayandırılıb

9:33 - November 08, 2016
Xəbər sayı: 3480971
Tehran, 08.11.2016 – Bakı-Məşhəd aviareysi üzrə uçuşlar müvəqqəti olaraq dayandırılıb. Bunu İranın Rəzəvi Xorasan əyalətinin Aviasiya Şirkətlər Birliyinin katibi Məcid Furqani deyib.



Bakı-Məşhəd aviareysi üzrə uçuşlar dayandırılıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadlaİran KİV-lərinə istinadən xəbər verir ki,M.Furqani deyib ki, bu avireys havaların soyuması və Azərbaycana səfər fəslinin başa çatması ilə əlaqədar ləğv olunub.

"Mart ayına kimi aviareysin uçuşları olmayacaq, əgər mart ayından sonra bu aviareys üzrə sərnişinlər olarsa Bakı-Məşhəd reysi bərpa olunacaq”

Qeyd edək ki, Bakı-Məşhəd reysinin ilk uçuşu cari ilin avqust ayında həyata keçirilmişdi.

captcha