IQNA

Əfqanıstanda şiə məscidinə hücuma görə məsuliyyəti İŞİD üzərinə götürdü

9:33 - November 23, 2016
Xəbər sayı: 3481032
Tehran, 23.11.2016 - Əfqanıstanın paytaxtı Kabildə həyata keçirilən kamikadze hücumunun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.


Əfqanıstanda şiə məscidinə hücuma görə məsuliyyəti İŞİD üzərinə götürdü

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, bu barədə İŞİD "Amaq” informasiya agentliyi vasitəsilə yaydığı açıqlamada məlumat verib.

Xatırladaq ki, Əfqanıstanın paytaxtı Kabildə Aşuranın 40-cı günü münasibəti ilə təşkil olunan dini mərasim zamanı şiələrin getdiyi məscid kamikadze hücumuna hədəf olmuşdu. Hücumda 30-dan çox adam həyatını itirmiş, azı 35 nəfər də yaralanmışdı.

Mənbə: eastnews

Teqlər: Əfqanistan ، şiə ، məscid ، hücum ، quran ، iqna ، İŞİd
captcha