IQNA

Çində müsəlmanların pasportlarını əllərindən aldılar

23:38 - November 26, 2016
Xəbər sayı: 3481052
Çinin qərbində əksəriyyəti müsəlman olan "Xinjiang" əyalətində əyalət polsi müsəlmanlara pasportlarını polisə təhvil vermələri barədə göstəriş verib.

Çində müsəlmanların pasportlarını əllərindən aldılar


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- Aləm" peyk tv kanalının xəbərə bə informasiya portalına istinadla verdiyi xəbərə görə, Çinin qərbində əksəriyyəti müsəlman olan "Xinjiang" əyalətində əyalət polsi müsəlmanlara pasportlarını polisə təhvil vermələri barədə göstəriş verib.

Çin rəsmilərinin bu addımı İnsan Hüquqları ilə bağlı məsələlərdə fəaliyyət göstərən qrupların ciddi qınaq və tənqidi ilə üzləşib. İnsan Hüquqlarının müdafiəsi aktivistləri deyirlər ki, Çin dövləti bu vasitə ilə müxtəlif azlıqlara qarşı kontrol və təzyiqlərini gücləndirmək istəyir.

Çin rəsmiləri pasportların təhvil verilməsi ilə bağlı göstərişi polisin rəsmi saytı vasitəsi ilə elan ediblər. Buna görə də "Xinjiang" əyalətində yaşayan müsəlmanlar öz pasportlarını təhvil verməyə məcburdurlar. Saytda deyilir ki, polis bu pasportları qoruyub saxlayacaqdır.

Çinin İnsan Haqları Gözətçisi bu addımı məhkum edərək deyib ki, pasportların vətəndaşlardan alınması insanların istədikləri yerə gediş- gəliş və hərəkət azadlığı hüquqlarının tapdalanmasıdır.

Çinin dövlət media və "kiv"ləri ölkə rəsmilərinə istinadla elan ediblər ki, pasportlar yığılması ictimai inzibatın qorunması və terrorizmlə mübarizə üçün zəruridir. Həmçinin bu qanun müsəlmanlardan əlavə Tibet əhalisinə də şamildir.

Çinin "Xinjiang" əyaləti müsəlmanlar yaşayan bir regiondur. Kömür, qaz və neft mədənləri və yataqları ilə zəngindir. Deyilənlərə görə, Mau Zidung müsəlmanların cəmiyyət tərkibini müsəlman türklərin zərərinə dəyişdirmək üçün çinliləri bu regiona köçürtmüşdür.

Miladi 18-ci əsrdə Çin torpaqlarına qatılan bu əyalət Tacikistan, Qırğızıstan və Monqolustan ilə həmsərhəddir. 2003- cü ilin cəmiyyət sayı statistikasına görə bu əyalətin 40%-ni "Konfutsi" (Konfusiyuzim) dinində olan Han tayfası və 45%-ni müsəlman uyğurlar təşkil edib. Əyalətin 10 milyondan çoxu türk və monqol əsilli müsəlman uyğurlardır ki, Türk dilləri qrupundan olan bir dildə danışırlar.

http://iqna.ir/fa/news/3548681


Teqlər: iqna ، türk ، uyğur ، monqol ، konfusiyust ، çin
captcha