IQNA

Səlim Müəzzinzadə və Ayətullah Ərdəbili Bakıda anıldı + foto

17:52 - November 28, 2016
Xəbər sayı: 3481060
Mədəniyyət İdarəsinin keçirdiyi anım mərasimində Səlim Müəzzinzadə və Ayətullah Ərdəbilinin xatirəsi üçün açılmış dəftər bakılıların bu iki şəxsiyyətə səmimi hislərini göstərən yaddaştlarla doldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Mədəniyyət və Əlaqələr Təşkilatı"nın rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftənin Cüməaxşamı günü, Noyabr ayının 24-də İran İslam Respublikasının Bakıdakı Mədəni Əlaqələr İdarəsi məşhur Əhl-Beyt (ə) məddahı rəhmətlik Səlim Müəzzinzadə və şiələrin təqlid mərcəsi mərhum Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbili (r.ə) üçün anım mərasimi keçirilib. Mərasimdə bu iki şəxsiyyət üçün "xatirə dəftəri"də açılıb.

Mərasimdə iştirak edən azərbaycanlı elm, mədəniyyət, incəsənət və din adamları öz ürək sözlərini "xatirə dəftəri"nə yazıb və müsəlmanlara üz verən bu iki ağır itkiyə görə təəssüf etdiklərini və bu müsibətdə İranlı qardaşları və mərhumların ailələri ilə həmdərd olduqlarını bildiriblər.

"Xatirə dəftəri"nə ürək sözlərini ilk yazan kəs İİR- nın Bakıdakı səfiri Cavad Cahangirzadə oldu. O, "media" ilə müsahibəsində bildirdi ki, mərhum Səlim Müəzzinzadə məddahlıq sahəsində bir dahi idi və onun "Davudi səsi" – (Həzrət Davud (ə) peyğəmbərin "Zəbur"u gözəl səslə oxumağına işarədir. – red.) - dünyada misili az olan səslərdəndir. O həmçinin mərhum Səlim Müəzzinzadənin İran və Azərbaycanda tanınmış simalardan biri və şiə dünyasının fəxri olduğunu dedi.

Ondan sonra isə İİR-nın Bakıdakı Mədəni Əlaqələr İdarəsinin məsulu Seyid İbrahim İbrahimi Naid mərasimdə iştirak edənlərə öz təşəkkürünü bildirərək rəhmətlik Səlim Müəzzinzadə və şiələrin təqlid mərcəsi mərhum Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin (r.ə) İslam dini üçün göstərdikləri dəyərli xidmətlərdən danışdı.

Bundan sonra isə Azərbaycanın məşhur şəxsiyyətləri, o cümlədən Mübariz Qurbanlı – Azərbaycanın dini işlər üzərə komitəsinin rəisi, Vasim Məmmədəliyev – BDU-nin İlahiyyat fakültəsinin rəisi və Quran-Kərimin Azərbaycan dilinə tərcüməçisi, Ağaverdi Paşayev – Azərbaycanın Milli Orkestrinin rəhbəri, Ramiz Quliyev – Tarzən və musiqiçi, Şahin Fazil – Bakının "Şairlər Birliyi"nin rəisi və tarix müəllimi, Hacı Rafiq Şirvani – "Vahid Ədəbi Birliyi"nin rəisi, Firudin Qurbansoy - Akademik, İsmət Məmmədova – Fars Dili və Ədəbiyyatı müəllimi və başqaları öz ürək sözlərini "xatirə dəftəri"nə yazdılar və "media" ilə müsahibələrində Səlim Müəzzinzadənin həm musiqi dünyası və həm də Əhl- Beyt (ə) məktəbi üçün ağır itki olduğunu vurğuladılar və Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin (r.ə) vəfatı ilə bağlı hüznlü olduqlarını bildirdilər.

Bakı vaxtı ilə saat 10:00-dan 16:00-dək keçirilən bu mərasimdə ölkənin tanınmış və məşhur simalarından başqa sıravi vətəndaşlar, müəllimlər və dindarlar da iştirak edib və "xatirə dəftəri"nə öz ürək sözlərini yazıblar.













captcha