İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "masjed al-kufa" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kufə məscidinin idarəçilik heyətinin nəzdində fəaliyyət göstərən "Quran- Kərimin hüsnxətt şöbəsi" Quran- Kərimin surə və ayələrinin hüsnxətt ilə yazılışı yarışlarına çağırış etdi.
"Əs-Səfir" ərəbcə hüsnxətt və xəttatlıq yarışları Quran- Kərimin surə və ayələrini gözəl xətt ilə xəttatlıq etmək və yazmaq üçün təsis edilmiş yarışların adıdır və Kufə məscidinin "Müslim ibn Əqil" adına fikri yaradıcılıq yarışlarının tərkib hissəsi kimi fəaliyyət göstərir.
Qarşıdan gələn yeni miladi ilin yayında "Müslim ibn Əqil adına fikri yaradıcılıq yarışları"nın haşiyəsində "Əs-Səfir" dini və mədəni festivalı keçiriləcəkdir.
Yarışların keçirilməsi və icrasına nəzarət komitəsi elan edib ki, yarışlara göndəriləcək əsərlər təkcə Quran surələri və ayələrinin "nəsx", "sülsi cəli", "nəstəliq" və "hicrininin birinci və ikinci əsrinin Kufi xətti" yazı növləri əsasında hüsnxətt ilə yazılışı olmalıdır.
Bu yarışlar İslami incəsənətin bu gün də yaşayan mirasını, İslami mədəniyyət və incəsənətin dinamik inkişafını, funksial cəhətlərini, İslami incəsənətin estetikliyini dünyaya göstərmək, Kufə şəhərinin İslam icnəsənəti və tarixindəki təsirli rolunu açıqlamaq və ərəcə hüsnxətt yazısının fikri yaradıcılıq və incəsənətin inkişafı üçün əhəmiyyətli bir sahə olduğunu dünyaya bildirmək və bu sahənin inkişafı kimi əsas hədəfləri izləyir.
Bu yarışlarda iştirak etmək üçün maraqlı olanlar qarşıdakı linkə keçərək öz əsələrini yarışların icra komitəsinə göndərmək üçün məlumat əldə edə bilərlər: