IQNA

İŞİD-dən Qurana qarşı böyük hörmətsizlik

11:13 - December 05, 2016
Xəbər sayı: 3481086
İŞİD terror təşkilatının yaraqlıları Quranın içərisindəki səhifələri cırıb onun yerinə bomba yerləşdiriblər.


İŞİD-dən Qurana qarşı böyük hörmətsizlik

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Mosulda içərisinə partlayıcı qurğular yerləşdirilmiş onlarla Quranı Kərim nüsxəsini ələ keçirib.

IŞİD'in Quran nüsxələrini bir bomba kimi istifadə etməsi ilk deyil. Bu terror təşkilatı bundan əvvəl də İraqın Ramadi və Deyala şəhərlərində Allahın kəlamına hörmətsizlik edərək Quran nüsxələrinin içərisində bomba yerləşdirmişdi.

Ələ keçirdiyi bölgələrdə məscidlər, ibadətgahlar ve tarixi əsələri məhv edən İŞİD terror təşkilatı, İslamın adını ləkələmək istiqamətində cinayət törədir.

Qeyd edək ki, terror qruplaşması İŞİD-in işğalında olan Mosulu xilas etmək üçün 17 Oktyabrda başladılan əməliyyat, şəhərin müxtəlif bölgələrində davam edir.

captcha