İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- yəvm əs- sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Məhəmməd Şölan - Misirin Vəqflər Nazirliyinin "Buheyrə" əyalətində nümayəndəsi, bu əyalətin Dəmnəhur şəhərinin "Mükərrəm" məscidində Quran elmlərinə aid nadir və aztapılan əlyazma nüsxələrin kəşf edilməsi barədə xəbər verib.
Şeyx Məhəmməd Şölan bu barədə dedi: Quran elmləri və Ərəb dili barədə olan bu nadir və aztapılan əlyazma nüsxələri Misirin "Buheyrə" əyalətinin Dəmnəhur şəhərinin "Mükərrəm" məscidində kəşf edilib.
Misirin Vəqflər Nazirliyinin "Buheyrə" əyalətindəki nümayəndəsi əlavə etdi: Bu əlyazma nüsxələr tarixi baxımdan çox dəyərlidirlər və buna görə də Vəqflər nazirliyinin qədim mətbuat nümunələrinin, tarixi əlyazma nüsxələrinin toplanması komitəsinə göndərildi.
Şeyx Məhəmməd Şölan vurğuladı: Əlyazma nüsxələr bu komitədə Misirin Dini İrşad Nazirliyi, Vəqflər Nazriliyinin baş araşdırma idarəsi və Mərkəzi Kitabxanasının nümayəndələrinin həmkarlığı ilə tədqiq ediləcəklər.
Misirin Vəqflər Nazirliyinin "Buheyrə" əyalətindəki nümayəndəsi qeyd edib ki, cari ilin keçən ayında da Dəmnəhur şəhərinin "Seyyidə Ətiyyə Əbu Ər-Riş" məscidində qədim tarixə malik əlyazma Quran nüsxəsi kəşf edilmişdi. Bu Quran nüsxəsi tarixi, elmi, mədəni və estetik dəyərlərə malikdir, kənarında Quranın ayələrindən əlavə təsfir, qiraət qaydaları və digər qiymətli qeydləri də vardır. Son səhifələrində isə Quran- Kərimin həriflərinin sayı barədə maraqlı məlumatlar verib ki, digər əlyazma nüsxələr də bu cür məlumatlar yoxdur və öz dövrünün fərqlənən bir əsəri olmuşdur.
http://iqna.ir/fa/news/3551110