IQNA

Azərbaycanın iki ruhani alimi mərcəyi-təqlidlərinin qonağı oldu

12:27 - December 07, 2016
Xəbər sayı: 3481101
Azərbaycanın ruhani alimləri Hacı Sərdar Hacıhəsənli və Hacı İlqar İbrahimoğlu əziz İslam Peyğəmbərinin nurani Mövludu ərəfəsində müqəddəs Məsumeyi-Qum şəhərində İslam dünyasının böyük Mərceyi-təqlidlərinin qonağı olmuşdular.

Azərbaycanın iki ruhani alimi mərcəyi-təqlidlərinin qonağı oldu

Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani ilə keçirilən görüşlərdə son məhərrəm-səfər əyyamının keçirilməsi, Ərbəin ziyarətində hüseynsevərlərin möhtəşəm iştirakı ətrafında danışılmışdır.

Böyük İslam alimləri qonaqlardan ölkələrindəki inanclıların vəziyyəti ilə bağlı maraqlanmışlar. Görüşdə azərbaycanlı alimlərə ölkələrindəki islami fəaliyyətlərində böyük uğurlar arzulamışlar. O cümlədən onların salamını bütün Azərbaycan möminlərinə çatdırılmasını istəmişlər.

Səfərinin davamında Tehranın Cümə namazlarının xətiblərindən olan, böyük əxlaq ustadı Ayətullah Siddiqi ilə görüş keçirilmişdir. Çox maraqlı və mənəvi keçən görüşdə, dəyərli əxlaq ustadı azərbaycanlı alimlərə mənəvi yüksəliş mövzusunda nurani tövsiyələrini vermişdir.

Görüşlərin yekununda, azərbaycanlı alimlər əziz İslam Peyğəmbərinin (s) nurani Mövlud həftəsində keçiriləcək (15-16 dekabr) İslam məzhəblərinin vəhdət və yaxınlaşma Assambleyasının konfransına rəsmi dəvət almışlar. (deyerler.org)


Azərbaycanın iki ruhani alimi mərcəyi-təqlidlərinin qonağı oldu


Azərbaycanın iki ruhani alimi mərcəyi-təqlidlərinin qonağı oldu


Azərbaycanın iki ruhani alimi mərcəyi-təqlidlərinin qonağı oldu

captcha