İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın yeni seçilmiş prezidentinin baş məsləhətçisi "Kellyanne Elizabeth Conway" xəbər verib ki, Donlad Tramp ABŞ-ın işğalda olan Fələstindəki səfirliyini Tel-Əvivdən "Beytul-Müqəddəs"ə köçürmək istəyir.
O vurğulayıb ki, Donald Tramp bu məsələni Ağ Evə girdikdən sonra daha ciddi şəkildə gündəmə gətirəcək və bu fikirində qərarlıdır.
Amerikanın yeni seçilmiş prezidentinin baş məsləhətçisi "Kellyanne Elizabeth Conway" dedi: Amerikanın Tel-Avivdəki səfirliyinin qərargahını Beytul-Müqəddəsə köçürmək Donlad Trampın Ağ Evə girdikdən sonra əsas və önəmlir proqramlarından biridir.
"Kellyanne Elizabeth Conway" əlavə etdi: Mən inanıram ki, İsrail vətəndaşları və digər yəhudilər Donald Trampın səfirliyin Beytul-Müqəddəsə köçürülməsi barədə olan bu addımını dəyərli hesab edəcəklər.
Donald Tramp prezident seçkilərinin təbliğat kampaniyası zamanı vurğulamışdı ki, onun rəislik etdiyi Ağ Ev bütöv Beytul- Müqəddəsi İsrailin paytaxtı olaraq rəsmi şəkildə tanıyacaq və Amerika platası nümayəndələrinin səfirliyinin Beytul-Müqəddəsə köçürülməsi barədə qərarlarını həyata keçirəcəkdir.
Trampın bu fikrə düşməsinə rəğmən sionist rejimini himayə edən ölkələr belə indiyədək Beytul-Müqəddəsdə səfirlik açmaq fikrinə düşməyiblər.
http://iqna.ir/fa/news/3553587