İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu xəbər agentliyini"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin Baharında Türkiyənin rəsmi məqamlarının iştirak etdiyi "Peyğəmbərə (s) sevgi" sərgisinin açılış mərasimində Türkiyənin "Ayasofiya" məscidi və tarixi muzeyində 85 il fasilədən sonra ilk dəfə olaraq Quran-Kərim tilavəti sədası eşidildi. Quran tilavətinin videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və sevgi ilə qarşılanıb.
"Ayasofiya" 532-ci miladi ilində Bizans imperatorluğu dövüründə tikilmiş Məsihi kilsəsi olub. Bu kilsə Bizans imperatoru "Birinci Konistantin"in əmri ilə 100 mahir usta memarın nəzarətində olan 10 min işçi qüvvədən istifadə edilərək 5 il müddətində tikilmişdir. Bu tikili ilk öncə "Böyük Kilsə" adlanırmış, sonralar isə "Ayasofiya" adlı ilə məşhurlaşır.
Osmanlı İmperatoru 2. Sultan Məhəmməd İstambulu fəth etdikdən sonra əmr verdi ki, bu kilsəni məscid kimi istifadə etsinlər.
Bundan sonra isə 1. Sultan Süleyman göstəriş verdi ki, "Ayasofiya"nın daxilindəki divar rəsmləri və naxışlarının üzərini örtərək orada Cümə namazı qılsınlar.
Daha sonra isə 2. Sultan Səlim əmr verdi ki, Memar Sinan bu məscidi yenidən təmir etsin.
Digər Osmanlı sulatnı 3. Sultan Murad isə "Ayasofiya"ya minbər, mehrab və minarə əlavə elətdirdi.
Osmanlı sultanı 4. Sultan Muradın zamanında "Ayasofiya"nın tavan və divarlarına məşhur hüsnxətt ustası "Mustafa Çələbi"nin xəttatlığı ilə Quran ayələri yazıldı.
"Ayasofiya" məscidinin günbəzi 31 diametr qalınlıq ilə hündürlüyü yerin səthidən 55 metr yuxarıya qalxıb.
Türkiyədə "cümhuriyyət" yarandıqdan sonra Atatürkün göstərişi ilə Ayasofiya muzeyə çevirildi və bu günə qədər də muzey olaraq qaldı.
Ayasofiya Quran tilavətini aşağıdakı linkdən endirə və qulaq asa bilərsiniz:
http://iqna.ir/fa/news/3553835