IQNA

"Qurani - Kərim və Humanizm" elmi seminarı keçirildi

9:57 - December 20, 2016
Xəbər sayı: 3481166
Seminarda çox sayda tanınmış simalar iştirak edib. Mövzu ətrafında geniş çıxışlar edilib.




Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, iki gün öncə (18 dekabr) "Qurani - Kərim və Humanizm" adlı elmi seminar keçirilib. Aparıcılığını isə Pervin Zeynal edən seminarda ilahiyyatçılar Hacı Şahin Həsənli, Fərid Abdullah, Bəhruz Camal, Samir Əzizov, psixoloq-yazar Rövşən Abdullaoğlu və digərləri çıxış ediblər. Mövzu ətrafında geniş çıxışlar edilib.

Hacı Şahin Həsənli "Qurandakı cihad ayələri humanizmə, ağır və məntiqə zidd deyilmi?" sualı ətrafında danışıb.

Psixoloq - yazar Rövşən Abdullaoğlu çıxışında "Quran və cəza sistemi. Bu sistem ədaləti təmin edirmi?" mövzusuna toxunub. Humanizmə ən geniş şəkildə Quranda yer ayrıldığını bildirib.

İlahiyyatçı Fərid Abdullah isə"Quran baxımından Tanrının insanları cəzalandırması humanizmlə uzlaşırmı?" mövzusunda çıxış edib.


captcha