IQNA

İstanbulda törədilən terror aktında iki azərbaycanlı yaralanıb

9:44 - January 02, 2017
Xəbər sayı: 3481213
Bu gecə İstanbulda törədilən terror aktı nəticəsində 2 azərbaycanlı yaralandığı bildirilib.


İstanbulda törədilən terror aktında iki azərbaycanlı yaralanıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, bu gecə İstanbulda törədilən terror aktı nəticəsində 2 azərbaycanlı yaralandığı bildirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılardan biri qadın, digəri isə kişidir. Məlumata görə, onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər.

Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, yaralılardan birinin – qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.

captcha