IQNA

Qətərdə korlara bril əlifbası ilə yazılmış elektron Quran hədiyyə edilib

0:49 - January 03, 2017
Xəbər sayı: 3481220
Qətər Xeyriyyəçilik fondu bril əlifbası ilə yazılmış "Müshəful-Bəsirət" adlanan 50-dən çox elektron Quran nüsxəsini ölkəsinin gözdən əlil olanlarına hədiyyə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Gtimes" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Qətər Xeyriyyəçilik fondu bril əlifbası ilə yazılmış "Müshəful-Bəsirət" adlanan 50-dən çox elektron Quran nüsxəsini ölkəsinin görmək qabiliyyətini itirərək gözdən əlil olanlarına hədiyyə edib.

Nura Abdullah Küvəysi – "Ən-Nur" korlar müəssisəsinin müdiri, Qətər Xeyriyyəçilik fondunun hədiyyə etdiyi bu elektron bril Quran nüsxələrini qəbul edərək deyib ki, bu iş müəssisənin ustad və şagirdlərində müsbət təsir yaradıb.

O əlavə edib: "Ən-Nur" korlar müəssisəsi Qətər Xeyriyyəçilik fondu ilə xaricdə və daxildə bril əlifbası ilə yazılmış "Müshəful-Bəsirət" adlanan elektron Quran nüsxələrinin çap və nəşrində həmkarlıq edəcəkdir.

"Müshəful-Bəsirət" adlanan elektron Quran nüsxəsinin "bril" əlifbası ilə mündəricat və fehresti də vardır və elektronik bir qələmin vasitəsilə ilə korlara kömək edir ki, Quran-Kərimi çox rahatlıqla və asan oxusunlar.

Qətər Xeyriyyəçilik fondu bundan öncə İndenoziyada bu Quran nüsxələrindən paylamışdır.

http://iqna.ir/fa/news/3558676


captcha