IQNA

Tramp administrasiyası “Müsəlman Qardaşlar” terrorçuların siyahısına əlavə edəcək?

8:36 - January 28, 2017
Xəbər sayı: 3481294
ABŞ-ın yeni administrasiyası "Müsəlman Qardaşlar" təşkilatını terror təşkilatları siyahısına əlavə edə bilər.

Tramp administrasiyası

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası "Müsəlman Qardaşlar” təşkilatının terror qruplaşmaları siyahısına daxil edilməsinin mümkünlüyünü gözdən keçirir. Bu haqda məlumatı hadisələrdən xəbərdar olan mənbədən veriblər.

"Müsəlman qardaşlar”ın terror təşkilatları siyahısına qoşulmasında Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn israr edir.

Eyni zamanda digər məsləhətçilər, həmçinin bir çox diplomatlar və xüsusi xidmət orqanları adıçəkilən təşkilatın bir sıra ölkələrdə dinc şəkildə inkişaf etməsinə işarə edərək, bu cür addımın atılmasına qarşı çıxırlar. Onlar güman edirlər ki, "Müsəlman Qardaşlar” əleyhinə atılacaq sərt addımlar ABŞ-ın regiondakı əsas müttəfiqi - Türkiyə ilə münasibətləri çətin vəziyyətə sala bilər.

Qeyd edək ki, 2013-cü ildə hərbçilər tərəfindən Muhəmməd Mürsi hakimiyyətinin devrilməsindən sonra, "Müsəlman Qardaşlar” Misirdə terror təşkilatı kimi qəbul edilərək, qadağan edilib.

captcha