Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istnadla xəbər verir ki, bunu "Əl-Vifaq” Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Əl-Deyhi deyib. "Bəhreyn xalqı ölkənin müxtəlif bölgələrində etiraz aksiyalarında iştirak etməklə milli qəhrəmanlıqlarını nümayiş etdirdi. Onlar Ali Xəlifə rejim qüvvələrinin Bəhreyn xalqına qarşı repressiyalarına öz nifrət və qəzəbini göstərib, bu kimi addımları pislədi”.
H.Əl-Deyhi bildirib ki, Bəhreyn xalqı Şeyx İsa Qasimi dəstəkləməkdə tarixi bir mövqe sərgilədi.
Beynəlxalq KİV-lərin məlumatına görə, Bəhreyn xalqı ötən axşam kəfən geyinərək mitinqlərdə iştirak edib.
Qeyd edək ki, bu gün Bəhreyndə Ayətullah Şeyx İsa Qasimin sonuncu məhkəməsi keçiriləcək. Ali Xəlifə rejim məhkəməsinin bu gün Şeyx İsa Qasim haqqında qərar verəcəyi ehtimal olunur.