İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika polis qüvvələri Virciniya əyalətinin hava limanında irqçi və islamofob bir addımda və kobud bir hərəkətlə iranlı azyaşlı uşağı anasının gözləri önündə həbs edib, sonra onun qollarını vəhşicəsinə metal qandal və nazik tel ilə bağlayıblar.
Bu hadisə Amerikanın Virciniya əyalətinin Vaşinqton- Dallas şəhərinin beynəlxalq hava limanında, cari həftənin ikinci günü, Yanvar ayının 31-də baş verib. Amerika polisi beş yaşlı iranlı uşağı vəhşicəsinə anasının gözü önündə həbs edib və qollarını tel ilə bağlayıb və o uşağı saatlarla bu vəziyyətdə saxlayıblar.
Bu bir haldadır ki, uşağın anası əslən iranlı olsa da ABŞ-ın Meriland əyalətində anadan olub. Həmçinin əslən iranlı olan bu uşağın da ABŞ vətəndaşlığı vardır.
Uşaq və anası bir neçə saat sorğulandıqdan sonra sərbəst buraxılıblar. Polis isə bu rüsvayçılıq barədə bir açıqlama verməyib.
Ağ Evin sözçüsü ilə üzr istəmək yerinə bu rüsvayçı hərəkəti təsdiqləyərək deyib ki, bu cür məsələlərdə yanlış fikir etməyin, çünki cinayətin yaşa və ömürə dəxli yoxdur. Və belə fikirləşməyin ki, az yaş və irq təhlükə doğurmur. Tram müsəlmanlara qarşı atdığı sərt addımla əslində ciddi təhlükəsizlik tədbirləri görmək istəyir və bu məsələ müsəlmanlara qarşı yönədilmiş bir addım sayılmamalıdır.
Bu cinayətin videosunu aşağıdakı linkdə izləyə və endirə bilərsiniz:
http://iqna.ir/fa/news/3569802