İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin informasiya portalının yaydığı xəbərdə deyilir ki, İraqlı Quran hafizəsi olan xanımların ilk milli toplantısı bu gün, 05.02.2017, müqəddəs Kərbəla şəhərində "İmam Hüseyn (ə) zairləri qəsəbəsi"ndə baş tutacaqdır.
Bu toplantı Kərbəlada İmam Hüseyn (ə) hərəminin "Darul-Quran" idarəsinin təşəbbüsü və "Bəsair" Quran müəssisəsinin həmkarlığı ilə keçiriləcəkdir.
İmam Hüseyn (ə) hərəminin media mərkəzinin məsulu Səfa Seyləvai bildirib ki, bu toplantı Quran hafizəsi olan xanımların təcrübə təbadülü və Quran elmlərinin çoxalması məqsədi ilə keçirilir.
O əlavə etdi: Bu toplantıda Quran hafizələri xanımların hifz etmə və hifzlərini qoruyub saxlama bacarıqları gücləndiriləcək və həmçinin Quran dərslərinin idarə etmə üslublarını öyrənəcəklər.
Qeyd edək ki, toplantıda Quranın tədris metodları, təfsir qaydaları, Quranın hifzi fənləri və Quran elmləri hafizə xanımlara təlim veriləcəkdir və müxtəlif mövzularda seminar keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3570186