Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, BMT-nin yardım fondu və "Müsəlmanların əli” xeyriyyə təşkilatının təşkilatçılığı ilə keçirilən bu yürüş artıq 9 ildir ki, Britaniyanın müxtəlif şəhərlərində təşkil olunur.
Artıq 8 ildir ki, minlərlə Britaniyalı və bu ölkədə yaşayn müsəlmanlar Fələstinin məzlum xalqı və Qəzzanın günahsız uşaqlarına dəstək məqsədi ilə yanvar ayının ilk günündən fevral ayının ortalarına kimi ölkənin 9 şəhərində qış yürüşü keçirir.
İngiltərənin Glasgow, Bradford,
Manchester, Birmingham, Leicester, London, Luton, Cardiff və Nottingham
şəhərlərində yürüş iştirakçıları səhər öncədən müəyyən olunmuş günlərdə
saat 11-dən günorta saat 3-dək 5 mil uzunluğunda yürüş həyata keçirir və
Fələstinli uşaqlara öz həmrəyliyini və dəstəyini nümayiş etdirir.