IQNA

Mosulun şərqində küçəyə çıxma qadağası elan edildi

9:29 - February 12, 2017
Xəbər sayı: 3481338
İraq ordusunun Mosul şəhərinin şərqində İŞİD terror təşkilatının hücumlar səbəbilə küçəyə çıxma qadağası elan etdiyi bildirilib.

Mosulun şərqində küçəyə çıxma qadağası elan edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) eastnews.org-a istinadla xəbər verir ki, İraq ordusuna bağlı 16-ci diviziyadan polkovnik-leytenant Sabah əl-Atvani Neynəva Əməliyyat Komandanlığının Mosulun şərqindəki bütün məhəllələrdə küçəyə çıxma qadağası elan etdiyini söyləyib.

Atvani qadağanın İŞİD-in şəhərin müxtəlif bölgələrində vətəndaşları və təhlükəsizlik qüvvələrini hədəfə alan hücumlarından sonra elan edildiyini və ikinci bir əmrə qədər davam edəcəyini dilə gətirib.

Atvani eləcə də Mosulun şimal-şərqindəki əl-Mühəndisin məhəlləsində kamikadzenin üzərindəki bombanı partladaraq, "Həşd Şabi" qüvvələrini hədəfə almağa çalışdığını, ancaq öldürüldüyünü, hadisədə 4 nəfərin də yaralandığını qeyd edib.

İraqda Mosulun İŞİD-dən azad edilən şərq hissəsində bir restoran və təhlükəsizlik məntəqəsinə təşkil edilən kamikadze hücumlarında 5 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilmişdi.

captcha