Fevralın 5-də YouTube portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı. Terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.
Usama ben Ladeni yamsılayan yaraqlı iki "Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.
İslamazeri.az virtualaz.org-a istinadən xəbər verir ki, "Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb.
Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.
Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edili