IQNA

İraqlı hərəkat lideri:

Qolanın azadlığı məsələsi şüar və sözdən ibarət deyil

8:52 - March 13, 2017
Xəbər sayı: 3481444
İraqın “Nücəba” islami müqavimət hərəkatının rəhbəri Qolanın azadlığı üçün yaranacaq ordu barədə açıqlama verib.

Qolanın azadlığı məsələsi şüar və sözdən ibarət deyil

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İsrail işğalında olan Qolan təpələrinin azadlığı uğrunda yaranacaq ordu barədə açıqlamalarına aydınlıq gətirən Əkrəm Kəbi bildirib: "Terrorçular və İsrail rejimi müxtəlif KİV vasitələri ilə bu xəbəri yalan və şüar olaraq dəyərləndirdi. Hətta İsrail mediası bu xəbəri yayımlamaqdan çəkindi. Hərəkatımızın təcrübə və imkanları belə bir ordunun yaranmasına şərait yaradır. Bu xəbər sırf psixoloji müharibə üçün, şüar və təhdid sözlərindən ibarət olaraq ortaya atılmayıb, həqiqi və real hədəfimizdir. İsrail hörümçək torundan da zəifdir. İslami müqavimət bu rejimlə mübarizə aparmaq gücünə sahibdir.”


captcha