Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın maide.az-a istinadla verdiyi xəbərə görə, Qadın polislər əvvəllər yalnız rəhbərlərinin icazəsi ilə hicab geyinə bilərdi.
Polis rəsmiləri qərarın çox mədəniyyətli bir polis qüvvəsinin formalaşdırılmasına töhfə verəcəyini bildirib. "Əvvəllər polis işinə bir karyera seçimi kimi baxmayan müsəlman qadınlar yenidən düşünməyə başlayacaq", - deyə polis rəsmiləri bildirib.
Şotlandiya polis rəisi Fil Qormley qərarı belə şərh edib: "Bu qərarımıza personalımızla yanaşı, müsəlmanların və cəmiyyətin digər təbəqələrinin verdiyi dəstəyə minnətdaram. Digər qurumlar kimi, biz də, polis qüvvələrində xidmət etdiyimiz cəmiyyətlərin bərabər iştirakını təmin etməyi qarşımıza məqsəd qoyuruq".