IQNA

Rusiyanın Astraxan əyalətində terror törədənlər vəhabilər olub

12:30 - April 07, 2017
Xəbər sayı: 3481510
Rusiyanın Astraxan əyalətində bu ölkənin milli qvradiyasının qərargahına hücum edən və hücum zamanı öldürülərək məhv edilən terrorçular vəhabilər olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Astraxan əyalətində bu ölkənin milli qvradiyasının qərargahına terror hücum edən və hücum zamanı öldürülərək məhv edilən terrorçular vəhabilər olub.

"Rusiya əl-Yovm" xəbər və informasiya portalının yaydığı xəbərdə deyilir ki, Rusiyanın baş prokroru elan edib: Dünən, cüməaxşamı günü, 6 Aprel 2017-ci il, Rusiyanın Astraxan əyalətində bu ölkənin milli qvradiyasının qərargahına terror hücumu edən dörd vəhabi öldürülüb və hücumçulardan iki nəfəri isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Öldürlən hücumçulardan ikisi hücum zamanı və digər iki nəfər isə mühasirəyə düşdükdən sonra təslim olmadılqarı üçün hədəf alınaraq məhv ediliblər. Bundan əlavə bir nəfər təhlükəsizlik işçisi bu hücum zamanı ağır yaralanıb.

Rusiya milli qvardiyasının qərargahı elan edib ki, terrorçular iki gün öncə öldürülən əsgərlərin qətlində də günahkardırlar.

Qeyd edək ki, 11 gün öncə də Rusiyanın Milli Qvardiyasının əsgərləri Çeçenistanda hücuma məruz qaldılar və bu hadisə zamanı 6 terrorçu və 6 nəfər də təhlükəsizlik əməkdaşı öldürüldü.

Rusiyanın tatarlar yaşayan regionlarının çoxunda İŞİD-ə bağlı silahlı vəhabilər terror və terrora cəlb etmə fəaliyyəti göstərirlər.

http://iqna.ir/fa/news/3587429


Teqlər: iqna ، rusiya ، astraxan ، həştərxan ، terror ، vəhabi
captcha