İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İmam Əlinin (ə) müqəddəs hərəmi"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İmamət, Vilayət və Ədalət Günəşi, Möminlərin mövlası, Həzrət İmam Əli ibn Əbi Talibin (ə) müqəddəs hərəminin "səhn və sərası" O həzrətin (ə) Rəcəb ayının 13-də keçiriləcək mübarək mövlud günü mərasimi münasibəti ilə güllər ilə bəzədildi və hərəmdə bayram əhval-ruhiyyəsi yaradıldı.
Müqəddəs hərəmin həyəti, içəri və çöl divarları, eyvanlar və şəbistanlar hərəmin heyətlərə xidmət işçiləri tərəfindən yeni dekorasiya ilə bəzədildi. Həyətlərdə və çöl girişlərdə bayramı simvolizə edən "Əliyyən Vəliyyullah" yazılmış bayraqlar asıldı.
http://iqna.ir/fa/news/3587598