IQNA

Banqladeşin "İslami Cihad Hərəkatı"nın rəhbəri edam edildi

12:12 - April 14, 2017
Xəbər sayı: 3481536
Müfti Əbdülhənnan – Banqladeşin "İslami Cihad Hərəkatı"nın rəhbəri, Britaniyanın bu ölkədəki səfirinə güllə ilə atəş açması cinayəti ilə ittiham və edam edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşin baş naziri Əsəduzzaman Xan media və "kiv" əhlinə elan edib ki, Müfti Əbdülhənnan – Banqladeşin "İslami Cihad Hərəkatı"nın rəhbəri, Britaniyanın bu ölkədəki səfirinə güllə ilə atəş açması cinayəti ilə ittiham və edam edildi.

Banqladeşin baş naziri Əsəduzzaman Xan jurnalistlərə xəbər verib: "İslami Cihad Hərəkatı"nın rəhbəri Müfti Əbdülhənnan və onun silahdaşı Şərif Şeydul törətdikləri cinayətdə təqsirkar bilinərək Banqladeşin paytaxtı Dakkanın yaxınlığındakı Kəşimbur zindanında edam edildilər.

Banqladeş Ali Məhkəməsi keçən ilin (2016) Dekabr ayında Müfti Əbdül-Hənna və onun silahdaşları üçün edam ilə ölüm hökmünü oxumuşdu.

"İslami Cihad Hərəkatı"nın rəhbəri Müfti Əbdülhənnan və onun silahdaşları Şərif Şeydul və digərləri 12 il öncə Britaniyanın Banqladeşdəki səfiri Ənvər Çudəriyə atəş açaraq terror etmək istəmişdilər ki, səfir bu terror hadisəsindən canını salamat qurtara bilmişdi.

Əslən Banqladeşdən olan İngilis səfiri Silhit şəhərində baş verən bu terrordan qurtarsa da, hadisə zamanı ən azı 3 polis nəfəri ölmüş və 79 nəfər yaralanmışdı.

Bu hadisədən öncə də Banqladeş məhkəməsi 2014-cü ildə Əbdül- Hənnanı və onun 8 nəfər silahdaşını edama və digər 6 nəfərini isə əbədi həbsə məhkum etmişdi. Çünki onlar 2001-ci ildə "Bənqal" yeni ili mərasimində paytaxt Dakkanın mərkəzində yerləşən Ramna parkında güllə ilə atəş açaraq ən azı 10 nəfərin ölümünə və 50 nəfərin yaralanmasına səbəb olmuşdular.

http://iqna.ir/fa/news/3589444


captcha