Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.com-a saytına istinadən xəbər verir ki, Ali-Səud rejimi şiə ruhanilərindən olan Hüseyn Razini məhkəmə önünə çıxarmaq niyyətindədir.
66 yaşlı ruhani, Ali-Səud rejimi tərəfindən edam olunan Şeyx Baqir Nimrin müdafiəçilərindən hesab olunur.
O həmçinin Fələstin, Yəmən və Bəhreyn xalqını da müdafiə etməklə tanınır.
Səud rejimi Bağir Nimri müdafiə edən ruhanini məhkəmə önünə çıxarır