IQNA

Sionist rejim qüvvələri Ramallahda mitinq edən xalqa hücum edib

11:34 - May 06, 2017
Xəbər sayı: 3481620
Sionist rejim qüvvələri Qərb Şəriyədə Ramallahın şimalında yerləşən Nəbi Saleh kəndində aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik məqsədi ilə keçirilən etiraz mitinqinə hücum edib.

Sionist rejim qüvvələri Ramallahda mitinq edən xalqa hücum edib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)
Maide.Az-a istinadla xəbər verir ki, işğalçı rejimin hücumu nəticəsində 8 fələstinli yaralanıb.

Sionist rejim hərbiçiləri etiraz mitinqi keçirən fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edib. Yaralanmış 5 fələstinlinin vəziyyəti isəağırdır.

Qeyd edək ki, Sinonist rejiminin hərbiçiləri neçə gündür ki, Nəbi Saleh kəndinin giriş-çıxış yollarını bağlayıb və onların Ramallaha gediş-gəlişini qadağan edib. Rejim qüvvələri təcili yardım maşınlarına da Nəbi Saleh bölgəsinə giriş üçün icazə vermir. Fələstinlilər yaralıları öz şəxsi avtomobilləri ilə xəstəxanaya çatdırıb.

captcha