Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın maide.az-a istinadla verdiyi xəbərə görə, Bəhreynlilərin Ayətullah İsa Qasimə dəstək vermək üçün təşkil etdiyi mitinqlər Əd-Diraz bölgəsində xalqın fəal iştirakı ilə davam edir.
Nümayişçilər Ali-Xəlifə rejiminin Ayətullah İsa Qasimə mühakimə etməyə cəhd etməsini kəskin şəkildə qınadığını bildirərək, böyük Əhli-Beyt (ə) alimini sona qədər dəstəkləyəcəklərini qeyd edib.
Qeyd edək ki, Ali Xəlifə rejiminin məhkəməsi Ayətullah İsaq Qasimin mühakimə olunduğu məhkəmənin növbəti iclasını mayın 21-nə təxirə salıb.