İŞİD terror qruplaşması bazar ertəsi günü yeni bir audio-müraciət yayaraq, Amerika, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya və Filippindəki tərəfdarlarından Ramazan ayı boyunca bu ölkələrdə terror aktları törətmələrini istəyib.
İŞİD terror qruplaşmasının teleqram kanalında yayımlanan audio-müraciətdə Ramazan ayında terror hücumlarının həyata keçirilməsi istənilib. Bu audio-müraciətin İŞİD-in sözçüsü Əbülhəsən Mühacir tərəfindən səsləndirildiyi güman edilir.
O, bu audio-müraciətdə İŞİD-in Avropa, Amerika, Rusiya, Avstraliya və digər ölkələrdəki tərəfdarlarından istəyir ki, özlərindən öncəki İŞİD terrorçularını nümunə götürərək, İŞİD-in düşmənlərinə qarşı terror hücumları həyata keçirsinlər.