IQNA

Qüdsdə iki fələstinli gənc həbs olunub

20:18 - June 27, 2017
Xəbər sayı: 3481801
Sionist rejim hərbçiləri Beytulmuqəddəsdə yerləşən Əbudis qəsəbəsinə basqın edərək, iki fələstinli gənci həbs ediblər.


Qüdsdə iki fələstinli gənc həbs olunub

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi xəbərə görə, sionist rejim hərbçiləri bu gün səhər tezdən Beytulmuqəddəsdə yerləşən Əbudis qəsəbəsində azad olunmuş əsirlərdən olan Mahmud Nafiz Cifal və Muhəmməd Ziyad Cifalın mənzilinə soxulub, onları həbs edərək, naməlum məkana aparıblar.

Sionist rejim hərbçiləri bazar günü də üç fələstinli gənci Beyt-Ləhmdə həbs etmişdilər.

Sionist qəsəbə sakinlərindən biri bazar günü İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin qərbindəki "Bitar Əlib” adlı fələstinli düşərgədə bir fələstinlini soyuq silahla yaralayıbdır.

Sionist rejim hərbçiləri fələstinlilərin müqavimətini sındırmaq məqsədilə daim müxtəlif fələstinli məntəqələrinə hücum edirlər.

captcha