IQNA

İyulun 3-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

11:30 - July 02, 2017
Xəbər sayı: 3481819
İyul ayının 3-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçiriləcək.


İyulun 3-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadlaverdiyi xəbərə əsasən, Məhkəmə 03 iyul tarixində saat 10:00-da Masallı Rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O qanunsuz olaraq "Cümə” namazı qılmaqda ittiham olunur.

Xatırladaq ki, bunadan öncəki məhkəmə prosesi iyun ayının 19-da Masallı Rayon Məhkəməsində keçirilmişdir. Məhkəmədə şahidlər dindirilmişdir.Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün İyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib. Məhkəmə prosesi İyul ayının 3-nə qədər təxirə salınıb.

captcha