IQNA

AİP lideri Mövsüm Səmədov növbəti dəfə 10 günlük karserə salınıb

11:20 - July 04, 2017
Xəbər sayı: 3481829
Verilən son məlumatlara əsasən, AİP lideri Mövsüm Səmədova qarşı 12 saylı Cəza Çəkmə Müəssisəsində təzyiqlər davam edir.

AİP lideri Mövsüm Səmədov növbəti dəfə 10 günlük karserə salınıb

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Vəkil Yalçın İmanovun sözlərin görə, növbəti dəfə absurd və əsassız bir bəhanə ilə Mövsüm Səmədov barəsində 10 günlük müddətinə karser cəzası çıxarılıb. Səbəb isə ümumi yoxlanış zamanı Mövsüm Səmədova aid şkafdan Quran saxlamaq üçün ipdən hazırlanmış xüsusi kitab saxlanılan əşyanın çıxması olub.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında AİP lideri Mövsüm Səmədovun yenidən Qobustan Qapalı Təcridxanasına 3 il müddətinə göndərilməsi ilə bağlı qərar çıxarıb. Qərardan Appelyasiya şikayəti verilib

captcha