İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, ordu generalı Qasım Süleymani bazar ertəsi günü Tehranda bir mərasimdə etdiyi çıxışında İŞİD bəlasının bəşəriyyət tarixindəki heç bir bəla ilə müqayisə ediləsi olmadığını deyərək, əlavə edib: İraq xalqı bu illər ərzində Bəəs fitnəsindən daha təhlükəli problemlər ilə yəni, daha böyük bəla olan İŞİD bəlası ilə üz-üzə idi. Bu bəla İraqın birliyi və ərazi bütövlüyünü təhdid etməklə yanaşı, dünyanı daha böyük təhlükə ilə təhdid edirdi.
Sepah-ın Qüds Batalyonları komandanı əlavə edib: İŞİD-in İslam Dünyasına vurduğu böyük zərərlər İslam tarixində misli görünməmiş idi və İŞİD-in mənfur cinayətləri bəşəriyyət tarixində az görülmüş cinayətlərdəndir.
Qasım Süleymani həmçinin, İraq xalqının sevincinə şərik olmağı bütün dünya xalqlarının haqqı adlandırıb və bu qələbəni bütün bəşəriyyətin qələbəsi adlandırıb və deyib: İraq və Suriya xalqı dünya xalqları qarşısında böyük haqqa malikdirlər.
Sepah-ın Qüds Batalyonu komandanı İraqın baş naziri Heydər Əl-İbadinin İŞİD əleyhinə savaşdakı roluna işarə edərək, deyib: İraq xalqının qələbəsi Ayətullah Sistaninin müdrikliyi, təqvası və hikməti sayəsində idi. Çünki, bu müdrik alimin fitvası iraqlı gənclərin ayağa qalxaraq, səfərbər xalq qüvvələri olan Həşdüşşəbini yaratmasına səbəb olmuşdu. Və Həşdüşşəbi İraq xalqının qələbəsində böyük rol oynadı.