IQNA

Bəhreyn təhlükəsizlik qüvvələri etirazçılara hücum edib

13:03 - August 01, 2017
Xəbər sayı: 3481924
Verilən son məlumatara əsasən, Təhlükəsizlik qüvvələri Bəhreynin şimalında Əbusəbi və əl-Şaxuriyə şəhərlərində etirazçılara hücum edib.

Bəhreyn təhlükəsizlik qüvvələri etirazçılara hücum edib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Bəhreyn təhlükəsizlik qüvvələri ilə ötən gecə Səudiyyə Ərəbistanının Əvamiyyə şəhərində şiələrə qarşı zülmləri pisləmək və Əvamiyyə əhalisi ilə həmrəylik nümayiş etdirmək üçün küçələrə çıxan bəhreynlilərə hücum edib.

Təhlükəsizlik qüvvələri Bəhreynin şimalında Əbusəbi və əl-Şaxuriyə şəhərlərində etirazçılara hücum edib. Etirazçılar küçədə təkərlər yandıraraq etirazlarını davam etdirib. Bəzi xəbərlərə görə, hücum zamanı yaralananlar olub.

Ötən gecə həmçinin Bəhreynin müxtəlif bölgələrində "Əvamiyyə baş əyməyəcək” şüarı ilə Səudiyyə Ərəbistanının şərqində edilən zülmlərə etiraz məqsədi ilə aksiyalar keçirilib.

Bəhreynin Əl-Biladil-qədim, Ali, Buri, Şəhrəkan şəhərlərindədə Ali-Səud rejiminin şiələrə qarşı cinayətlərini pisləmək məqsədi ilə etiraz aksiyaları keçirilib.

Teqlər: iqna ، quran ، İslam ، bəhreyn ، namaz ، müsəlman
captcha