IQNA

Məşhur fəlsəfə ustadı Şəhid Möhsün Hücəcidən yazdı

7:08 - August 15, 2017
Xəbər sayı: 3481969
Höccətul- İslam vəl- müslimin Dr. Əbdül-Hüseyn Xosrovpənah öz teleqram kanalında Şəhid Möhsün Hücəcinin məktubunu paylaşıb və həqiqi hikmətin şəhidlərə bir anda İlahidən verildiyini vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın "Hikmət və Fəlsəfə müəssisəsi"nin rəisi və Qum Ali Elmi Dini Hövzəsinin tanınmış fəlsəfə ustadı Höccətul- İslam vəl- müslimin Dr. Əbdül-Hüseyn Xosrovpənah özünün şəxsi teleqram kanalında ( https://t.me/khosropanahdezfuli )Şəhid Möhsün Hücəcinin məktubunu paylaşıb, şəhidlərin uca məqamından danışıb və həqiqi hikmətin şəhidlərə bir anda İlahidən verildiyini vurğulayıb.

Höccətul- İslam vəl- müslimin Dr. Əbdül-Hüseyn Xosrovpənah öz teleqram kanalında yazır: "İlahi, otuz ildən çoxdur ki, fəlsəfə və hikmət öyrənir və öyrədirəm, amma təəccübdəyəm bundan ki, həqiqi hikməti bir anda şəhidlərə necə hədiyyə edirsən?"

İranın "Hikmət və Fəlsəfə müəssisəsi"nin rəisi və Qum Ali Elmi Dini Hövzəsinin tanınmış fəlsəfə ustadı Höccətul- İslam vəl- müslimin Dr. Əbdül-Hüseyn Xosrovpənah öz teleqram kanalında Şəhid Möhsün Hücəcinin xətti ilə olan məktubdan aşağıdakı hikmətli sözləri də paylaşıb:

"... Küləklərin əsməsinin hikməti ağacların yarpaq və budaqlarını silkələmək deyil, köklərinin möhkəmliyini yoxlamaqdır.

... Göy üzü yüksəklərə uçmaq üçün bir fürsətdir, amma əsas dastan budur ki, biz necə göyərçinik?

... Dua et ki, şəhid olum. Əgər məndən pislik görübsənsə, halal et".

Möhsün Hücəci

Nəcəfabad, İsfahan.

http://www.iqna.ir/fa/news/3630167


captcha