IQNA

Çinin "Çinghay" əyalətində məscidlərin səsucaldıcıları yığışdırıldı

0:17 - August 23, 2017
Xəbər sayı: 3482007
Çinin Çinghay əyalətinin şimal- qərbində yerləşən Hulunghuy şəhərinin məsulları bu şəhərin 355 məscidinin səsucaldıcılarını ətraf mühitdə səs çirklənməsi yaradır bəhanəsi ilə yığışdırdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Çinghay əyalətinin şimal- qərbində yerləşən Hulunghuy şəhərinin məsulları bu şəhərin 355 məscidinin səsucaldıcılarını ətraf mühitdə səs çirklənməsi yaradır bəhanəsi ilə yığışdırdılar.

"Globaltimes" xəbər və informasiya portalının yerli qəzetlərə istinadla yaydığı bu xəbərdə deyilir ki, Çinin Çinghay əyalətinin şimal- qərbində yerləşən Hulunghuy şəhərinin valiliyi müxtəlif təşkilat və müəssisələrə, o cümlədən İslami müəssisə və məscidlərə xəbərdarlıq göndərərək ətraf mühitin səs çirklənməsinin qarşısını almaq bəhanəsi ilə səsucaldıcıların məscidlərdən yığışdırılması barədə göstəriş verib.

Çinin Çinghay əyalətinin Haydung şəhərinin vəzifəli məsulları da şəhər meriyasının rəsmi informasiya protalında belə bir xəbər yayıblar ki, bu şəhərin sakinləri məscidlərin səsucaldıcılarının yaratdığı səs çirkinliyindən şikayət ediblər. Bu barədə şikayətlər Çinin şimal-qərb əyalət və şəhərlərində də çoxalıbdır.

Bəzi müsəlmanlar sosial şəbəkələrdə səsucaldıcıların məscidlərdən yığışdırlmasına etirazlarını bildiriblər və bunu müsəlmanlara qarşı hörmətsizlik hesab ediblər.

http://www.iqna.ir/fa/news/3633236


Teqlər: iqna ، çin ، məscid
captcha