IQNA

Hacılar Ərəfat dağına çıxdılar + Foto

14:48 - August 31, 2017
Xəbər sayı: 3482066
"Beytullahul-Həram"ın ziyarətçilərini ilk dəstəsi Həcc mərasiminin əsas rüknlərindən birini yerinə yetirmək, Ərəfat çölündə dayanmaq üçün ƏRƏFAT diyarına yola düşüblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Beytullahul-Həram"ın ziyarətçilərini ilk dəstəsi Həcc mərasiminin əsas rüknlərindən birini yerinə yetirmək, Ərəfat çölündə dayanmaq üçün ƏRƏFAT diyarına yola düşüblər.

Kəbənin ziyarətçiləri ən azı bir gün Minada qaldıqdan və Tərviyə mərasimini yerinə yetirdikdən sonra bu gün, cüməaxşamı günü, Zil-Həccə ayının 9-da, Günəşin doğuşu ilə Ərəfat səhrasına tərəf üz tutublar ki, bu müqəddəs "məş`ər"də dayanaraq bu məkana aid əməlləri yerinə yetirsinlər.

Səudiyyə Ərəbistanınn məsulları elan ediblər ki, xoşagəlməz hadisələrlə bağlı bütün önləyici tədbirlər görürülb, 100 min nəfər təhlükəsizlik qüvvəsi və 30 min nəfər tibb işçisi hacıları qorumaq və təcili yardım köməklərini göstərmək üçün regionda yerləşiblər.

Qeyd edək ki, dünən, 30 Avqust 2017-ci il, iki milyon hacı ehram libası geyinərək Həcc ayinlərini yerinə yetirməyə başladılar və Tərviyə günü Məkkədən çöldə olan Mina xeymələrinə yola düşdülər.

http://www.iqna.ir/fa/news/3636735








Teqlər: iqna ، həcc ، Ərəfat ، mina ، məkkə
captcha