İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl iranlı hacılarla keçirdiyi mətbuat konfransında iranlıları ərəbistanlıların dini qardaşları adlandırdı və iranlıların sağ-salamat və rahatçılıqla Həcc mövsümünü başa çatdıracaqlarına ümidvar olduğunu dedi.
Müqəddəs Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl mətbuat konfransında dedi: İranlı hacılar bizim dini qardaşlarımızdır və biz onların gəlişinə sevinir, onları xoş qarşılayır və xoş gəlidiniz deyirik.
O əlavə etdi: Biz ümid edirik ki, iranlı hacılar bu ilin Həcc mövsümünü sağ-salamat və rahatçılıqla başa vuracaqlar və Ərəbistanı xoş xatirələr ilə yad edəcəklər.
Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl vurğuladı: Bu il Həcc mövsümündə iranlı zəvvarlar xüsusi bir müşkül və problem ilə üzləşməyiblər.
http://www.iqna.ir/fa/news/3637046