IQNA

"Hizbullah":

ABŞ İŞİD-dən Suriyaya qarşı istifadə etmək istəyirdi

11:03 - September 06, 2017
Xəbər sayı: 3482106
"ABŞ İŞİD terror təşkilatından Suriyaya qarşı istifadə etmək istəyirdi, onların bu müharibədən əsas məqsədi Suriya ərəb respublikasında rejimi dəyişdirmək idi."
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi):"ABŞ İŞİD terror təşkilatından Suriyaya qarşı istifadə etmək istəyirdi, onların məqsədi ərəb respublikasında rejimi dəyişdirmək idi."

İnterAz-ın xəbərinə görə, bunu Livanın "Hizbullah" hərəkatının sədr müavini şeyx Naim İsa Qasim RT-yə müsahibəsində bildirib.

"Amerika İŞİD-dən Suriyaya qarşı istifadə etmək istəyirdi. Amma bu canavar ABŞ-ın özünə qarşı çevrildi, belə ki, indi onlara qarşı mübarizə aparmaqdan başqa seçimi yoxdur.

Suriyadakı müharibənin əsas məqsədi ölkədə rejimi dəyişdirmək idi, ancaq Suriya lideri Bəşər Əsədi hərbi üsullarla devirmək mümkün olmadı.", - Qasim Nəim belə deyib. /interaz/
Teqlər: iqna ، hizbullah ، intetaz ، İsa qasim
captcha