İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Astana şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə ilk sammiti çərçivəsində Türkiyənin təşəbbüsü ilə Myanmanın Arakan əyalətində zorakılıqlara məruz qalan rohinca müsəlmanlari və regiondakı humanitar böhranın müzakirə olunduğu iclas keçirilib.
İslam dövlətləri başçılarının iştirakı ilə baş tutan görüşdən sonra 19 maddəlik yekun bəyanat səsləndirilib.
Bəyanatda, Arakan əyalətində rohinca müsəlmanlarına qarşı tətbiq edilən sistematik təzyiqlər və vətəndaşlara qarşı zorakı hərəkətlərin tətbiq edildiyi bildirilib və Myanma hökumətinə beynəlxalq hüquq və insan haqları aktları ilə bağlı öhdəliklərinə riayət etməsi istənilib.
Prezidentlər Myanma hökumətindən rohinca müsəlmanlarına qarşı həyata keçirdiyi deportasiya siyasətinə və müsəlman azlığın islami mədəniyyət və kimliyini silmək cəhdlərinə son verməsini istəyib.
Bəyanatda qeyd edilib ki, əyalətdə yaşan gərginliklərin mənbəyi müsəlman azlığa aid mülklərin məxsus olduğunu göstərən rəsmi sənədlərin qeydiyyatlardan çıxarılması, müsəlmanların mənzil, ibadətgah və təşkilatlarına məxsus binaların məhv edilməsi kimi ayrı-seçkilik tədbirləri olub. Arakanlı müsəlmanların 1982-ci ildə qüvvəyə minən Vətəndaşlıq Qanunu ilə vətəndaşlıq statuslarını itirdikləri xatırladılaraq, müsəlmanların bu yolla əsas haqlarından məhrum buraxıldığı bəyan edilib.
Müsəlman ölkə başçıları, həmçinin problemin sülh və dialoq əsasında həll edilməsini, bu yöndə atılacaq addımlarda ictimai qrupların arasındakı uyğunluğun nəzərə alınmasının lazımlığını bəyan ediblər.
Bəyanatda beynəlxalq ictimaiyyətə Arakandakı humanitar vəziyyətin daha da pis olmasının qarşısının alınması, hər bir fərdin etnik və dini mənsubiyyəti səbəbindən məhkum edilmə qorxusu olmadan yaşaya biləcəyi mühitin təmin olunması üçün lazımi addımların atılması müraciəti edilib. /islaminsesi/
Dövlət başçıları Myanma hökumətini Birləşmiş Millətlər Təşkilatının keçmiş baş aktibi Kofi Annanın rəhbərliyi altında hazırlanan Arakan Məsləhətləşmə Komissiyasının tövsiyələrinə riayət etməyə çağırıb.