İQNA (Beynəlxalq Quran Xəbər Agenntliyi) Maide.Az-a istinadən xəbər verir ki,
Berlinli müsəlmanların təşəbbüsü və iştirakı ilə təşkil olunan etiraz
yürüşü Alexanderplatz meydanında başlayıb və Pariser meydanına kimi davam
edib.
Etirazçılar Myanma hökumətinin müsəlmanlara qarşı zülmlərini pisləyib və hücumları dayandırmağı tələb ediblər. "Myanmadakı məzlum müsəlmanlara qarşı qətliamı durdurun” yazılı pankart açan etirazçılar "Qadınlar yaşamaq istəyir”, "qətliamı durdurun”, "Rohingiyalılar yaşamaq istəyir” kimi şüarlar səsləndiriblər.
Etirazçıların əlllərində zülmə məruz qalmış Arakanlı müsəlmanların fotoları və "ölümləri durdurun” şüarı yazılmış plakart daşıyıb.
Etiraz yürüşü Brandenburg qapısı önündə Pariser meydanında dua oxunuşu ilə başa çatıb.