İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi)
Sahartv-yə istinadla xəbər verir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin sədri Ramin İgidov deyib:
Gürcüstanın qərbində on məscidin Müsəlmanlar İdarəsinə təhvil verilməsi ilə bu
idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb.
Gürcüstan Müsəlmanlar İdarəsinin sədri daha 11 məscidin qeydiyyata alınmasında problemlərin davam etdiyini bildirib və ümid edib ki, bu məsələ tezliklə həll olunacaq.
Hal-hazırda Gürcüstanda ümumilikdə 320 məscid vardır.
2002-ci ildə Gürcüstan əhalisinin sayılmasına əsasən, bu ölkədə müsəlmanların sayı 433 min və ya 4 milyon 371 min əhalisi olan ölkənin 9,92%-ni təşkil edir.