IQNA

"The Huffington Post" yazdı:

İmam Hüseyn (ə) İŞİD ilə döyüşən ilk kəs idi

9:32 - October 29, 2017
Xəbər sayı: 3482319
"The Huffington Post" saytı İmam Hüseynin (ə) şəhadət günləri ilə bağlı yayımladığı bir yazıda deyir: İmam Hüseyn (ə) həmən o kişi idi ki, İŞİD-in ilk təsisçi və ideoloji sələfi ilə döyüşdü.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın informasiya və analitik təhlil protalı kimi tanınan "The Huffington Post" saytı İmam Hüseynin (ə) şəhadət günləri ilə bağlı yayımladığı bir yazıda deyir: İmam Hüseyn (ə) həmən o kişi idi ki, İŞİD-in ilk təsisçi və ideoloji sələfi ilə döyüşdü.

Sayt yazır: İslam tarixi kitablarını vərəqləyərkən İslamın yaranması və yayılması mövzusunda bir hadisə ilə üzləşirik ki, bu hadisə hər bir kəsin din barədə ümumi təfəkkürünü alt-üst edir. Bu hadisə hətta dünyanın ən tanınmış və nüfuzlu rəhbərləri və mütəfəkkirlərini də öz təsiri altına almış və onlara ilham vermişdir. Bu təsir o qədər güclü olmuş ki, Mahatma Gandi kimi dahi bir rəhbər demiş: "Əgər Hindistan uğurlu bir dövlət yaratmaq istəyirsə, gərək İmam Hüseynin (ə) yoluna qədəm qoysun".

Gandi deyir: "Mən Hüseyndən (ə) öyrəndim ki, necə məzlum olduğum halda həm də qələbəyə nail olum".

İngiltərənin tanınmış tarixçisi və parlament nümayəndəsi Edward Gibbon (1737 – 1794) bu barədə deyir: "Hüseynin (ə) faciəli ölüm səhnəsinin üzərindən uzun zaman keçməsinə və fərqli yerlərdə anılmasına rəğmən yenə də bu hadisə ən hissiz adamların da həmdərdlik hissini oyadır".

Məşhur əsərləri ilə dünya ədəbiyyatında özünəlayiq yer tutmuş İngils yazıçısı belə söyləmişdir: "Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, O, yalnız İslam yolunda bu fədakarlığı etmişdir”.

Tomas Korlayl - Fəlsəfi fikirləri, əsərləri ilə qərb fəlsəfəsi aləmində tanınmış bu filosof İmam Hüseyn (ə) barəsində belə demişdir: - "Kərbəla faciəsindən aldığımız ən ğözəl dərs odur ki, Hüseyn və onun silahdaşlarının Allaha necə möhkəm bir imanla bağlanmalarını görürük. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir”.

Tarixin səhifələrini soyuqqanlılıqla çevirib, araşdıran qeyri-müsəlman tarixçi Edvard Braun İslam tarixinin Kərbəla səhifəsinə gəldikdə son dərəcədə təsirlənib deyir: "Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmasın? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.”

Moris Dokberi: "Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qiymətləndirməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir”.

Marbini (Alman filosofu): "Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır.Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.”

Lev Tolstoy (Görkəmli rus yazıçısı və mütəfəkkiri): "Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı.”

Rajendra Prasad (Hindistanın ilk prezidenti): "İmam Hüseynin (ə) şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir.”

Professor Pyer Durtgi: "Biz qərbdə İmam Hüseyn fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir. Ancaq burada peyğəmbərin (s) yaxınlarından söhbət gedir. Onun ardıcıllarını öldürürlər. Bu nəinki zehinlərə, hətta hislərə də təsir edir. Biz insanalara deməliyik ki, məsələ, rəqəm hesab və kitab məsələsi deyildir. O hər şeyini əldən vermişdir. Ancaq qələbə qazanmışdır. O İmam Hüseyndir (ə)! Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ - İmam Hüseyni (ə) daha yaxından tanımaqdır. Bunu üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır. Bu o şeydir ki, bu gün əldən vermişik.İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etmişdir. Bu insanlığın sifətlərindən biridir. Bu, özünü Allah yolunda fəda etməkdir.Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı.”

Məqalənin yazarı görkəmli şəxsiyyətlərin sözlərinin ardınca yazır: İmam Hüseynin (ə) barəsində belə qüdrətli sözləri oxuduqdan sonra bir sual qalır və gərək bu suala cavab verək: "Hüseyn kimdir?!"

Məqalənin müəllifi "imam" sözünün rəhbər və öndər mənasını daşıdığını izah etdikdən sonra yazır: İmam Hüseyn (ə) İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Fatimənin (s) ikinci oğludur. O, 626-cı ilin Yanvar ayının 10-da anadan oldu ki, bu doğuşdan bir az sonra yenə də Günəş tək doğsun, bütün dünyada milyonlarla insanın səsi olsun və bu səsə əbədi olaraq göylərdə əks-səda versin. Baxmayaraq ki, Hüseynin azadlıq üçün ödəyəcəyi ödül az olmayacaqdı, bu, ona həyatı və əzizləri bahasına başa gələcəkdi.

Qəzetin yazarı davam edir: Həzrət Məhəmmədin (s) 632-ci ildə vəfatından sonra müsəlmanlar arasında baş verən hadisələr onları müxtəlif firqələrə parçaladı. Müsəlmanlardan bəziləri Əhli-Beyti (ə) özlərinə öndər və rəhbər seçdilər, bəziləri digərlərini.

Məhəmmədin vəfatından sonra rəhbərlik üstə baş verən keşməkeşlər siyasi məsələlərin təsiri altına düşdü və peyğəmbərin canişinliyi dünyəvi padşahlığa çevirildi.

Həzrət Məhəmmədin (s) vəfatından 50 il sonra Əməvilər siyasi qüdrəti tam ələ aldılar. Bu arada Peyğəmbərin nəvəsi Həzrət İmam Hüseyn (ə) qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirmiş və cinayətkarlıqla məşğul olan fasid Əməvi şahı ilə razılaşmadığı və ona beyət etmədiyi üçün bu hakimiyyət tərəfindən ciddi təhlükə sayılırdı.

Bu zaman İmam Hüseynin və Əhli-Beyt tərəfdarlarının iki seçimi var idi: Zalimə beyət etmək və ya bu yolda candan keçmək.

Hüseyn qərara gəlməli idi. Yezidin beyətini qəbul etmək şübhəsiz ki, onun üçün çox rahat bir həyat tərzi yaradacaqdı. Yezidin hakimiyyətini rədd cavabı vermək isə ölüm ilə nəticələnəcəkdi.

İmam Hüseyn (ə) belə bir zalimə baş əyməyi özünə sığışdırmadı və beyəti rədd etdi və dedi: Heç vaxt Yezid kimi alçaq biri ilə həmkarlıq etməyəcəm və qorxaq bir qul kimi meydandan da qaçmayacam. Mən pisliyi yaymağa şərik olmayacam. Mən yaxşı dəyərlərin yayılmasını və pisin qarşısının alınmasını tələb edirəm. Və izzətlə ölməyi zillətlə yaşamağa tərcih edirəm.

 روزنامه آمریکایی: امام حسین؛ مردی که با بنیانگذاران داعش جنگید

İmam Hüseynin (ə) bu qərarı sonda İraqın Kərbəla çölündə Aşura qiyamı ilə nəticələndi. Aşura qiyamı 680-cı ilin Oktyabr ayının 10-da baş verdi. Bu qiyamda İmam Hüseyn, ailəsi, yaxınları və 72 nəfər silahdaşı qeyri-bərabər bir döyüşdə şəhid oldular, başları bədənlərindən ayrıldı, ailəsi, qızları və bacıları əsir düşdü.

 روزنامه آمریکایی: امام حسین؛ مردی که با بنیانگذاران داعش جنگید

Qəzet yazır: Bu gün dünyanın hər bir yerindən olan milyonlarla müsəlman və hətta xristinalar onlarla km-lər piyada yürüş edirlər ki, ƏRBƏİN günü özlərini Kərbəlaya çatdırsınlar. Bu gün ƏRBƏİN yürüşü dünyanın ən böyük məzhəbi toplanışıdır.

Dr. Mənsur Rəzəvi "İmam Hüseynin bəşəriyyət üçün fədakarlığı" kitabında yazır: "Əgər İmam Hüseynin qəhrəmancasına duruşu olmasaydı, İslamın həqiqi təlimlərindən heç bir şey qalmayacaqdı. Hüseyn İslamı diriltdi. Öz şəhadəti ilə İslamın həqiqi maarifini diri saxladı. İslam dünyası Fatimənin bu qəhrəman oğluna borcludur".

 روزنامه آمریکایی: امام حسین؛ مردی که با بنیانگذاران داعش جنگید

Məqalənin yazarı yazısının sonunda Əməvilərin İmam Hüseynin və silahdaşlarının başını kəsməsi ilə İŞİD terrorçularının əməlini müqayisə edərək yazır: Həqiqətdə qan qılınaca qələbə edə bilər. İslam adına fəaliyyət göstərən İŞİD kimi terroristləri müsəlman rəhbərlər qəbul etməməlidirlər və onların bu fəaliyyəti qarşısında susmamalıdırlar. Əgər biz İmam Hüseynin azadlıq, sədaqət və həyatından ibrət alsaq, dünyanın indiki vəziyyəti yaxşılaşar. Kərbəlada İmam Hüseyn (ə) döyüşdə zahirdə məğlub olsa da, sözün həqiqi mənasında qələbə çaldı. Və bu, terrorizm və radikalizm ilə mübarizə üçün bir dərs olmalıdır.

Məsumə Saadat Hüseyni

http://iqna.ir/fa/news/3656728


captcha