İŞİD terrorçularına bağlı saytlar bu xəbəri yayaraq elan editlər: Bu terror hücumunu həyata keçirən ünsür İŞİD-in üzvüdür. Onun Nyu-Yorkda həyata keçirdiyi terror nəticəsində iyirmi nəfərdən çox ölən və yaralananlar olub.
Nyu-York şəhərinin polis rəisinin açıqlamasında qeyd edilir ki, polisin gülləsi ilə yaralanaraq zərərsizləşdirilən terrorist ünsür milliyyətcə özbəkdir və İŞİD-ə üzv olduğunu özü etiraf edib. O, təkcə bu etirafla kifayətlənməyərək xəstəxana personalından tələb edib ki, otağına İŞİD-in bayrağını vursunlar.
Qeyd edək ki, 31 Oktyabr 2017-ci il, ABŞ-da yaşayan və İŞİD-ə beyət etmiş vəhabi miqrant Seyfullah Həbibullahyeviç Saypov tərəfindən terror hadisəsi törədilib.
29 yaşlı vəhabi Seyfullah Həbibullahyeviç Saypov idarə etdiyi kamyonu piyada zolağından keçən piyadaların üzərinə sürərək səkkiz nəfəri öldürüb və 11 nəfəri yaralamışdır.
Səudiyyə Ərəbistanın və ABŞ-ın yaratdığı İŞİD terrorçu qruplaşmasının üzvü olan Seyfullah Həbibullahyeviç Saypov 2010-cu ildən Florida əyalətində qeydiyyata düşüb və ABŞ-ın Nyu-Cersi əyalətində yaşayır. Onun bir arvadı və iki övladı vardır.
Hadisə zamanı Seyfullah Həbibullahyeviç Saypov polis tərəfindən güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun öz iddiasına görə, o, İŞİD-ə işləyir.
http://iqna.ir/fa/news/3659529